Bakıda yeni yeraltı piyada keçidi inşa edilir – FOTO-VİDEO

"Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır. Bu səbəbdən sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib. Belə ki, mərkəzdən Nobel prospektinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən yeni Dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə bilirlər. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xəqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Avtonəqliyyat vasitıələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirirlər. Tikintisi aparılan yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Keçidin tikintisi ilə "Bakı Ağ Şəhər"dən vətəndaşların birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə rahat, təhlükəsiz keçidi təmin olunacaq.
Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşaası işləri aparılır. Bu üzdən Nobel prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən tikinti işlərinin aparıldığı müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyyə olunur.
Qeyd edək ki, "Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri də həyata keçirilir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçənin yenidən qurulması layihəsi çərçivəsində daha bir bu cür keçidin inşaası Süleyman Vəzirov küçəsi ilə kəsişmədə də aparılacaq.
Elmin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO





















