Bakıda yol bağlandı, bəzi avtobusların marşrutu dəyişdirildi

Bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq Zığ yolu Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, bu barədə BNA-dan verilən məlumata görə, adı çəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək ("Bahar Enerji" istiqamətində) Hövsan yolu ilə əlaqələnəcəkdir. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 km-dir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək. Həmçinin "Bakubus" MMC-nin xəttə çıxan avtobuslarına yolun bağlanmasının təsiri olmayacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












