Bakıdan Bolqarıstana avtobusla getmək olacaq - 130 AZN

Bakı Beynəlxalq Avtovağzalı iyul ayının 1-dən etibarən beynəlxalq sərnişindaşıma sahəsində yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir. Bu barədə Avtosfer.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmqanqızı bildirib. Onun sözlərinə görə, Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən, növbəti aydan Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcəkdir. Artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq.
Həftənin 2-4-6-cı günləri həyata keçiriləcək reyslərdə biletin qiyməti 130 AZN təşkil edir.
Qeyd edək ki, Azərbaycanla Bolqarıstan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












