Banner

Binəqədi qəsəbəsində uzunluğu 800 metr olan yol təmir edilir - FOTO - VİDEO

Yeniliklər 18 Avqust 2022 14:18
Binəqədi qəsəbəsində uzunluğu 800 metr olan yol təmir edilir  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi qəsəbəsinin I Mədən küçəsi, II korpus ünvanında təmir işləri aparır.

Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, ümumi uzunluğu 800, ortalama eni 5 metr olan küçənin təmir işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsasının və küçənin profilə salınması işləri görülür. Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək.

Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Oxunub 1124
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh