Bakının bu marşrutları da kartla ödəniş sisteminə keçir - SİYAHI

Sentyabr ayının 1-dən Bakıda altı marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Xaliq Faiqoğlu" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fizuli Sadıqov deyib.
Onun sözlərinə görə, bu sistem 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən 130 avtobusu əhatə edəcək.
F.Sadıqov bildirib ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşır. Bununla yanaşı, avtobuslarda müşahidə kameraları quraşdırılır.
F.Sadıqov əlavə edib ki, cihazların quraşdırılması başa çatdıqdan sonra gediş haqqı metroda və "BakuBus" MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.
Qeyd edək ki, yuxarıda qeyd olunan 6 marşrut "Xaliq Faiqoğlu" şirkəti tərəfindən istismar olunur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












