Bakının Cavanşir küçəsi təmir edilir – FOTO+VİDEO

Uzun müddətdir təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan Xətai rayonu Cavanşir küçəsində təmir işləri görülür. Küçənin uzunluğu 1 300 metr, ortalama eni isə 12,5 metrdir. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb.
Hazırda küçə boyu 2 500 poqon metr köhnə səki daşının yenilənməsi, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində işlər aparılır. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilir.
Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 18 min kv. m sahənin asfaltlanması nəzərdə tutulub.
Təmir işləri zamanı yerlatı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun xətlənməsi sitiqamətində addımlar atılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















