Bakının daha bir küçəsində təmir işlərinə başlanılıb - FOTO+ VİDEO

“Azəravtoyol” ASC tərəfindən Nizami rayonu Rüstəm Rüstəmov küçəsində təmir işlərinə başlanılıb. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 3,7 km (1,85 km. x 2), eni isə 27,5 metr olan küçə hər bir istiqamətə 2 olmaqla, 4 hərəkət zolağından ibarətdir.
Təmir-tikinti işləri çərçivəsində hazırda küçə boyu hazırda köhnə səki daşlarının sökülməsi işləri aparılır. Söküntü işləri yekunlaşandan sonra küçəyə 8 min p/m yeni səki daşının düzülməsi və köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə küçənin 100 min kvadratmetrdən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınacaq, yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulacaq. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.
Qeyd edək ki, Rüstəm Rüstəmov küçəsi Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) uzanır.


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












