Bakıya yeni gətirilən elektrikli avtobusların XÜSUSİYYƏTLƏRİ

Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində alınaraq Bakıya gətirilən elektrik mühərrikli avtobusların bir sıra xüsusiyyətləri məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avtobusda ümumilikdə 12 kamera var. İstilik sistemi salon üçün ayrıdır. Mühərrikin yanında dizel yanacağı ilə işləyən xüsusi depo var ki, bu da ümumi salonun qızdırılmasına xidmət edir.
Sürücü kabinəsi isə elektriklə qızdırılır, yəni ümumi salonla əlaqəli deyil.
Avtobusda enerji 45-50%-ə düşəndə mütləq şarj məntəqəsinə getməlidir. Ümumi dolum müddəti 20-25 dəqiqədir.
Metronun "Koroğlu", "20 Yanvar", "28 May", "Dərnəgül" stansiyalarının yanında, "BakuBus"ın 3-cü Deposu və Badamdarda xüsusi enerjidoldurma məntəqələri var.
Avtobus ümumilikdə 83 sərnişin üçün nəzərdə tutulub, 30 oturacağı var.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında qeyd edib ki, avtobusların fəaliyyətini təmin edəcək 100 şarj cihazı Çinin "Luobinsen" şirkətinin istehsalıdır. Cihazların yükləyici gücü 320 kVt təşkil edir. Şarj cihazları həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər çoxsaylı mühafizə funksiyalarına malikdir. Cihazlar şəhərin müxtəlif istiqamətlərində yerləşdiriləcək
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO




















