"Baku Bus" şirkəti xəttə 14 yeni marşrut buraxdı

Şəhər ictimai nəqliyyatının marşrutlarında ciddi dəyişikliklər baş verib. "Baku Bus" şirkəti xətt 14 yeni marşrut buraxdı. Bakıda ictimai nəqliyyat sisteminin modernləşdirilməsi davam edir. Belə ki, artıq çoxdan gözlənilən nəqliyyatın intellektual idarəetmə sistemi tətbiq olunub. Dayanacaqlarda olan paytaxt sakinlərinə avtobusların gəlmə vaxtı barədə məlumat verilir. Bundan əlavə, ölkədə vahid gediş kartları tətbiq olunub. Bu isə birmənalı olaraq xidmət səviyyəsini və gediş haqqı ödənilməsinə nəzarətin keyfiyyətini artırır. Bu il paytaxtın ictimai nəqliyyat sistemini daha çox dəyişikliklər gözləyir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Şəfa Mehmanqızı deyib. "Belə ki, ötən il NİİM Nəqliyyat nazirliyinin müxtəlif qurumlarına təxminən 70 təklif göndərib. Onlardan 30-u artıq yerinə yetirilib, qalanları isə icra olunma mərhələsindədir. Çoxsaylı dəyişikliklər olub. Əsas dəyişiklik şəhər ictimai nəqliyyatı marşrutları ilə baş verdi. "Baku Bus" şirkəti işə başladı və xəttə 14 marşrut buraxıldı. Bu il həmin istiqamətdə işlər davam edəcək",- deyə Mehmanqızı əlavə edib.
Yeri gəlmişkən, Mərkəz bəzi müvafiq strukturları onların təkliflərini yerinə yetirməyə məcbur edib. Bu isə nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün imkan yaratdı. NİİM hazırda Dövlət Yol polisininin əməkdaşları ilə birgə yollarda tıxacların ləğv olunması üzrə işi davam etdirir.
NİİM menecerinin sözlərinə görə, "BAKI 2015" Birinci Avropa Oyunları zamanı sınaqdan çıxarılmış praktika təkmilləşdiriləcək və bu ilin iyununda keçiriləcək Formula-1 yarışları zamanı tətbiq olunacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












