“BakuBus” yeni layihəyə start verdi - FOTO

Bu gün “BakuBus” MMC paytaxtın Xətai rayonunda yerləşən 138 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Gələcəyin sərnişinləri” adlı yeni maarifləndirici layihəyə start verib. Avtosfer.az xəbər verir ki, layihənin əsas məqsədi məktəblilərə ictimai nəqliyyatdan, şirkətin avtobuslarının xidmətndən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətmək, onlara nümunəvi, ictimai fəal sərnişin kefiyyətlərini aşılamaqdır. Əvvəlcə şagirdlərə Sürücü Təlim Mərkəzində təlimatçı-müəllimlər tərəfindən ictmai nəqliyyat vasitələri haqqında ətraflı məlumat verilib, əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunub. Sonra şagird və müəllimlər “BakuBus” avtobusları ilə Dövlət Bayrağı Meydanı istiqamətində yola düşüblər. Avtobusda şagirdlərə ictimai nəqliyyatdan, istifadə qaydaları ilə yanaşı, digər yol hərəkəti qaydaları, yol nişanları, piada keçidləri və s. haqqında geniş məlumat verilib. Sonda məktəblilərə hədiyyələr təqdim olunub və onlara təəssüratları ilə bağlı inşa işi yazıb “BakuBus”un elektron ünvanına göndərərmələri tövsiyyə olunub. Bu yazılardan üç ən yaxşısı seçilərək müəllifinə xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, “BakuBus”un “Gələcəyin sərnişinləri” adlı layihəsi mütəmadi xarakter daşıyacaq gələcəkdə Bakının digər məktəblərini də əhatə edəcək.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















