“BakuBus“ yeni marşrut xəttini istifadəyə verəcək

“BakuBus“ MMC mayın 9-10-da sınaq rejimində 9 nömrəli avtobus marşrut xəttini buraxır. Bunu Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, ilk iki sinaq günündə 8 avtobus xəttə buraxılacaq, üçüncü gündə artıq normal rejimdə işə başlayacaq. Avtobusların gediş istiqaməti belə olacaq: Təkrar Metal Zavodu (Çermet) - Keşlə bazarı - N. Nərimanov m/s - Gənclik m/s - Tibb Universiteti - Heydər Əliyev Sarayı - Sahil metrosu - Azneft meydanı - Səbayıl meydanı - Su İdman Mərkəzi. Nuridə Allahyarovanın sözlərinə görə, qayıdış istiqaməti isə belə olacaq: Su İdman Mərkəzi - Səbayıl meydanı - Azneft meydanı - Mərkəzi Bank - Koroğlu parkı - Gənclik m/s - N. Nərimanov m/s - Keşlə bazarı - Təkrar Metal Zavodu (Çermet).
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












