"BakuBus"a yeni təyinat

"Baku Bus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, "Baku Bus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Mansur Piriyev təyin olunub.
Qeyd edək ki, Mansur Piriyev uzun illər Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri vəzifəsində çalışıb.
Faktı M.Piriyev-in özü də təsdiqləyib: "Bu gün insanların maarifləndirilməsinə ehtiyac duyulduğu sahələrdən biri də ictimai nəqliyyat, ondan düzgün istifadə və davranış qaydaları ilə bağlıdır. Ona görə də əldə etdiyim təcrübəni bu istiqamətdə həyata keçirmək qərarına gəldim". Xatırladaq ki, M.Piriyev FHN-də çalışdığı müddətdə media ilə əlaqəsinə və apardığı təbliğat və maarifçilik işlərinə görə həmişə müsbət mənada seçilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












