"BakuBus"ın yeni marşrut xətti açılır

""BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti yarandığı gündən 14 marşrut xətti üzrə ilkin mərhələdə Bakının mərkəzini əhatə etməyi nəzərdə tuturdu, amma bu gün hədəf bütün Bakıdır".
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə şirkətin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. N.Allahyarova bildirib ki, ötən gün prezident İlham Əliyev tərəfindən açılışı edilən "BakuBus"ın ikinci deposu da sərnişinlərin çoxluğunu, təklif və tələblərini nəzərə alaraq istifadəyə verilib.
N.Allahyarova deyib ki, hazırda "BakuBus"ın 14 marşrut xəttinin 8-i fəaliyyət göstərir: "Ancaq bu ilin sonuna qədər şəhərin mərkəzində nəzərdə tutulan bütün marşrut xətlərinin istifadəyə verilməsini nəzərdə tuturuq".
Onun sözlərinə görə, bu gün "BakuBus"ın hədəfi yalnız Bakının mərkəzi deyil, bütün Bakıdır.
N.Allahyarova bildirib ki, yaxın gələcəkdə "BakuBus"ın avtobusları Bakı şəhərinin bütün istiqamətlərində fəaliyyət göstərəcək.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












