Bənövşəyi xətdən – FOTOSESSİYA

“Qapılar bağlanır, növbəti stansiya "Avtovağzal". Avtosfer.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, artıq “Bakı Metropoliteni”ndə çoxdan gözlənilən bu sözlər eşidiləcək. Bu gün istifadəyə verilmiş yeni bənövşəyi xətt artıq rayonla əlaqəsi olan Bakı sakinlərinin işini daha da asanlaşdıracaq. Bunu biz yox sərnişinlər deyir: “Tələbəyəm, rayona gedib gələn zaman avtobusla çətin olurdu. Əlimizdə yük olanda məcbur olurduq taksidən istifadədə edək, bu da əlavə xərc deməkdir”.
Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyası həm yaradılmış şərait, həm də öz dizaynı ilə də digərlərindən fərqlənir. Stansiya Azərbaycanın metro tarixində ilk olaraq 5 mərtəbədən ibarətdir və biri əsas olmaqla 3 girişi var.
Yeni istifadəyə verilmiş metro stansiyalarındə fiziki məhdudiyyətli insanlar üçün “Memar Əcəmi”stansiyasında 4 ədəd, “Avtovağzal” stansiyasında isə 1 ədəd liftlər quraşdırılıb. Yeni istifadə verilən stansiyalar vasitəsilə Tarif Şurasının müəyyən etdiyi ümumi məbləği- 20 qəpik ödəməklə sərnişinlər mənzil başına çata biləcək.
Qatarlar arasındakı interval 9, iki stansiya arasındakı vaxt isə 4 dəqiqədir. Yeni stansiyaların açılışının ilk günü olmasına baxmayaraq, platformalarda xeyli sərnişin gözə dəyirdi.
"Memar Əcəmi" stansiyasının bənövşəyi xəttində yerləşən "Avtovağzal" stansiyasında nəzərdə tutulmuş 8 çıxış həm Sumqayıt şossesində təhlükəsizliyi təmin edir, həm də Biləcəri qəsəbəsinə birbaşa hərəkətə imkan yaradır. Keçidlərdə yükü ağır olan şəxslər üçün 8 travelatorlar qoyulub.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bənövşəyi xətt üzrə gələcəkdə 12 stansiyanın fəaliyyət göstərəcəyi planlaşdırılır: “Tikintisinə 2009-cu ildən başlanılmış bənövşəyi xəttin 2 stansiyası artıq fəaliyyətə başlayıb. Hər iki stansiya əvvəlkilərdən fərqlənir. Belə ki, mövcud stansiyaların platformaları 5 vaqonluq qatarlar üçün nəzərdə tutulmuşdu. Ancaq bu və bundan sonra tikiləcək stansiyalarda platformalar 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub və platformalarının uzunluğu 144 metrdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator fəaliyyət göstərir”.











Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












