Benzin və dizel avtomobillərə son qoyuldu

Hollandiya benzin və dizel avtomobillərin satışını qadağan edir. Avtosfer.az "marja"ya istinadən xəbər verir ki, Hollandiya Parlamenti 2025-ci ildən etibarən benzin və dizel avtomobillərin satışını qadağan edib insanları elektrikli avtomobillər (elektromobil) almağa təşviq edəcək qanun layihəsini qəbul edib. Layihə Niderland Senatı tərəfindən də qəbul olunarsa qüvvəyə minəcək. Layihənin parlamentdə yüksək səs çoxluğu ilə qəbul edilməsi ictimaiyyətdə qanunun Senat tərəfindən də təsdiqlənəcəyi gözləntisini yaradıb. Hollandiyada koalisiya tərəfdaşı Niderland Fəhlə Partiyasının karbon emissiyasını artıran benzin və dizel avtomobilləri tamamilə qadağan etməyi təklif etsə də, təklif kifayət qədər dəstək tapmadığı üçün sadəcə avtomobil satışının qadağan edilməsi ilə təsdiq olunub. Senat layihəni təsdiqləyərsə 2025-ci ildən əvvəl satın alınmış avtomobillər yola çıxa biləcək, ancaq yeni benzin və dizel avtomobillərin satışı olmayacaq. Benzin və dizel avtomobillərin 2025-ci ildən etibarən qadağan edilməsi təklifi ilk dəfə Norveçdə edilib. Norveçdə hazırlanan layihədə 2025-ci ilə qədər 1 milyard avro sərmayə qoyularaq velosiped yollarının genişləndirilməsi və elektrikli avtomobillər üçün doldurma stansiyalarının genişləndirilməsi nəzərdə tutulur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












