Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir - SİYAHI

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar mayın 1-dən yeni avtobuslarla xətlərin istismarını həyata keçirəcəklər.
Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində avtobusları yenilənən marşrutların istiqamətləri aşağıdakılardır:
- 91 nömrəli marşrut: Binəqədi qəsəbəsi (“Bakı Poladtökmə” ASC) – Bakı Beynəlxalq Avtovağzal Kompleksi);
- 105 nömrəli marşrut: Balaxanı qəsəbəsi – C.Naxçıvanski küçəsi (“8-ci kilometr” bazarı);
- 147 nömrəli marşrut: Məmmədli qəsəbəsi – "Azadlıq prospekti" metrostansiyası;
- 158 nömrəli marşrut: Xocasən qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası;
- 216 nömrəli marşrut: Balaxanı qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi.
Qeyd edək ki, sözügedən marşrutlar üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.
Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə yeni təyinat - FOTO
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq - VİDEO
"Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - Yeni təyinat
Təqaüdə göndərilən generalın yerinə mayor təyin edildi - FOTO
Cərimə meydançasına aparılan avtomobillərlə bağlı MÜHÜM YENİLİK
Ödənişli yolda sürət həddi - Bu qədər olacaq
Azərbaycanda "avtomagistral" anlayışı yenilənir
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanıldı - VİDEO
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək - Prezident təsdiqlədi
Polkovnik “Azərbaycan – Ural” təşkilatının yeni rəhbəri seçildi
Bu istiqamətlərdə tıxaca son qoyacaq yolun tikintisi ilə bağlı SON DURUM - VİDEO











