Beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayacaq

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayacaq. Avtosfer.az “report”a istinadən xəbər verir ki, bununla bağlı işçi qrupunun ilk görüşü olub. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının açılması ilə bağlı keçirilən ilk müzakirədə işçi qrupunun üzvləri iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Naxçıvan dəmiryol vağzalında keçirilən görüşdə belə tədbirlərin hər iki ölkənin vətəndaşları tərəfindən razılıqla qarşılandığı vurğulanıb.
İlk görüşdə Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev, İran İslam Respublikası tərəfdən Azərbaycan Dəmiryolu Təşkilatının baş direktoru Mirhüseyn Musəvi, İran Dəmir Yolları Sərni- şindaşıma Xidmətinin baş müdiri Mürtəza Cəfəri iştirak ediblər. Qarşıdakı günlərdə Azərbaycan və İran dəmir yolu rəhbərlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyan işçi qrupunun görüşündə bir sıra texniki məsələlər, sərnişin qatarının qrafiki və tariflər müzakirə olunub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












