Bəzi marşrutların istiqamətləri dəyişdirilib - VİDEO

Paytaxtda bir sıra marşrutların istiqamətləri dəyişdirilib. Səbəb yollarda aparılan təmir işləridir. Qara Qarayev prospektində gedən təmir işləri hələ bir neçə gün davam edəcək. Ona görə də həm sürücülər həm də sərnişinlər bu amili nəzərə alsalar yaxşıdır. İstiqamətləri dəyişdirilən marşrutlar: 11, 12, 20, 22, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 62, 64, 70, 94 və 214. Sürücülər dairəyə girmədən hərəkətlərini alternativ yollarla davam etdirə bilərlər. Alternativ yollar marşrut xəttinin aid olduğu sahibkar tərəfindən müəyyən edilir və daha sonra Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır.
Agentliyinin sözçüsü Nuridə Allahyarova bir neçə avtobusun hərəkət edəcəyi alternativ yolları açıqlayıb. Dairədə hərəkət məhdudlaşdırıldığından müvəqqəti olaraq dayanacaqların yeri dəyişib. Bu isə sərnişinlərin yollarının uzanacağı anlamına gəlməməlidir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












