Bəzi yol istismar idarələri və müəssisələri MMC-yə çevrilib

"Azəravtoyol" ASC-nin balansında olan bəzi yol istismar idarələri və müəssisələri təşkilatı-hüquqi formasını və adını dəyişib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib. Məlumata görə, Bakı 1 saylı Yol İstismar İdarəsi "Bakı 1№-li Yol İstismarı" MMC-yə, 89 saylı Yol İstismar Müəssisəsi "Bakı 3№-li Yol İstismarı" MMC-yə, Qobustan 2 saylı İstismar İdarəsi "Bakı 10№-li Yol İstismarı" MMC-yə, Texnoloji İxtisaslaşmış Yol İstismar İdarəsi "2№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə, 67 saylı Yol İstismar Müəssisəsi "5№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə, 70 saylı İstismar Müəssisəsi "7№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə, 41 saylı Yol İstismar İdarəsi is' "24№-li Yol İstismarı" MMC-yə çevrildiyini elan edib. Məsələ ilə bağlı açıqlama verən "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən dəyişiklik təmsil etdiyi qurumun nizamnaməsinin dəyişməsi ilə əlaqədardır. Onun sözlərinə görə, yeni nizamnaməyə uyğun olaraq "Azəravtoyol"da struktur dəyişiklikləri aparılıb və indiyə qədər MMC formasında fəaliyyət göstərməyən yol istismar idarələri və müəssisələrinin təşkilatı-hüquqi formasının və adının dəyişdirilməsinə qərar verilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












