Binədə Əli İsazadə küçəsi yenidən qurulur – FOTO+VİDEO

Xəzər rayonunun Binə qəsəbəsinin Əli İsazadə küçəsi yenidən qurulur. Bu barədə Avtsofer.az “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əli İsazadə küçəsinin ( “Südçülük sovxozu” deyilən əraziyə gedən yol ) yenidən qurulmasına başlanılıb. Uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan yolun uzunluğu 4,5 km-dir. Sözügedən yolun həm də ensiz olması avtonəqliyyat vasitələrinin hərəkətində xeyli çətinliklər yaradırdı.
Bütün bunlar nəzərə alınaraq Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 22 metrə qədər genişləndirilir. 4 hərəkət zolaqlı olması nəzərdə tutulan yolun hərəkət hissəsinin eni 1 metr enində ayrıcı zolaq da daxil olmaqla 17 metr olacaq. Yol boyu hər iki itiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2 metr enində piyada səkiləri tikilir.
Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi də qurulacaq. Bundan başqa layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılacaq.
Hazırda yolda kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri görülür, yol yatağı və yol əsasının tikintisi işləri aparılır. Bu işlərə paralel olaraq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə 80 min m2 əraziyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Əli İsazadə küçəsinin yenidən qurulması işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə icra olunur. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Emin






DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










