Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə başlanılıb - VİDEO

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb. Avtosfer.az-a ASC-dən verilən məlumata görə, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır. Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi nəzərdə tutulub.
Tikintisi layihəsi çərçivəsində hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, səkilərin tikintisi və yol boyu yeni səki dalaşlarının düzülməsi işləri həyata keçirilir. Daha sonra zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və genişləndirilmiş ərazilərə də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilərək yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətiriləcək. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
Bundan başqa kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi borunun quraşdırılması və 1.1 km uzunluğunda yeni işıqlandırma sisteminin qurulması işlərinin də aparılması nəzərdə tutulub. Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.
Emin
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO















