Binəqədidə yeni piyada keçidi tikilib - FOTO

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan "Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.
QSC-dən Avtosfer.az-a verilən məlumata görə, M. Əliyev küçəsi 3126, 27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.
Belə ki, ərazidə tikintisi davam edən "Dərnəgül" elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə olunub. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradıb. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən "Bakı Metropoliteni" QSC rəhbərliyi yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul edib.
Uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq sakinlərin istifadəsinə verilib. Layihəsi “Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" institutu tərəfindən hazırlanan piyada keçidi Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















