Bir neçə istiqamətdə "qarmoşkalı" avtobuslar istifadəyə verilə bilər - Bakıda

Bakıda daha bir neçə istiqamətdə “qarmoşkalı” avtobus istifadəyə verilə bilər. Avtosfer.az xəbər verir ki, bunu trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib. N.Allahyarova bildirib ki, artıq 6 aydan çoxdur ki, bir ədəd bu tip avtobus 1 saylı marşrut xəttində istifadə olunur və marşrut xəttinin trayektoriyasına uyğundur.
Onun sözlərinə görə, gələcəkdə Bakıda bir neçə istiqamətdə bu cür iri tutumlu avtobuslar istifadəyə verilə bilər: “Təbii ki, dar küçələrdə, tıxac vaxtları bu avtobusların hərəkəti çətin olur, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Ona görə də hələ ki, bu avtobuslardan xəttə çox buraxmağı düşünmürük. Bəzi yollarda tikinti, genişləndirmə işləri aparılır. Hazırda tərəfimizdən şəhərin hansı hissəsində bu avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayacağı araşdırılır. Araşdırmalardan sonra gələcəkdə bir neçə istiqamətdə iri tutumlu avtobuslar xəttə buraxıla bilər”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












