“Bolt” taksi bu il 1364 sürücünün hesabını bloklayıb – HANSI YENİLİKLƏR VAR? - VİDEO

Son aylarda vətəndaşlar bəzi taksi sürücülərinin saxta üsullara əl atması ilə bağlı vətəndaşalr tərəfindən şikayətlər artıb.
Avtosfer.az xəbər verir ki, ən çox şikayət olunan mövzulardan biri sifariş üçün gələn avtomobillə tətbiqdəki avtomobilin fərqli olmasıdır. Paytaxt sakinlərinin dediyinə görə, bəzən tətbiqdə son model avtomobilin sifariş üçün yaxınlaşdığı göstərilsə də, gələn maşın köhnə, nasaz vəziyyətdə olur. Hətta sürücünün belə fərqləndiyini deyənlər avr. Bu isə o deməkdir ki, sürücü başqasının tətbiqdəki hesabından istifadə edir.
Bununla əlaqədar, “Bolt” şirkəti yeniliklər tətbiq edib. Yeniliklərlə bağlı saytımızın sosial şəbəkə hesabında məlumat verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, “Bolt” şirkəti sərnişlinlərin təhlükəsizliyini daha da gücləndirmək üçün yeniliklər edir:
“Maraqlı yeniliklərdən biri şirkətin sürücülərdən selfi istəməsidir. Belə ki, “Bolt” gözlənilmədən sürücülərə zəng edir və onlardan selfi çəkib göndərməsini tələb edir. Bununla da şirkət sükan arxasında əyləşən şəxsin tətbiqdə qeydiyyatdan keçən sürücü olub-olmadığına əmin olur.
Həftədə bir dəfə, qeyri-müəyyən vaxtda onlayn olmaq istəyən hər bir sürücünün hesabına avtomobil şəklini çəkmək tələbi göndərilir. Düzgün foto təqdim edən sürücülər, yəni proqramda seçilmiş cari avtomobilin və onun qeydiyyat nişanının tam şəkildə göründüyü şəkli göndərənlər, fəaliyyətlərinə davam edə bilirlər. Yanlış və ya tələblərə uyğun olmayan şəkil göndərən sürücülərin hesabı bloklanır. Bloklanan sürücülər AYNA-ya audit üçün yönləndirilir.
Həftədə bir dəfə, qeyri-müəyyən vaxtda onlayn olmaq istəyən hər bir sürücünün hesabına sürücünün selfi şəklini çəkmək tələbi göndərilir. İlk selfi yoxlaması şəxsiyyət vəsiqəsinin fotosu ilə, sonrakı yoxlamalar isə əvvəlki təsdiqlənmiş selfi ilə müqayisə olunaraq şəxsiyyətin davamlı və etibarlı şəkildə təsdiqlənməsi təmin olunur. Yanlış və ya tələblərə uyğun olmayan şəkil göndərən sürücülərin hesabı bloklanır.
2025-ci ilin yanvar ayından etibarən bu funksiya Bolt-da aktiv edilib və bu müddət ərzində 1364 sayda sürücü hesabı bloklanıb. Onlardan 421 hesab yoxlamadan sonra yenidən aktiv edilib, 943 hesab isə hələ də blokda qalır”.
Elməddin Muradlınmın canlı yayım zamanı təqdim etdiyi məlumatlar və izləyicilərin suallarını cavabladığı həmin videonu sizə təqdim edirik:
Səfər
Yeni metro stansiyaları hansı əraziləri əhatə edəcək? - Xırdalan istiqamətindən gələnlərə müjdə - VİDEO
Beyləqanda yol infrastrukturu yenilənir - FOTOLAR
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olundu
10 yeni stansiya harada tikiləcək? - RƏSMİ CAVAB
Bakıda iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub - FOTOLAR
Sürət qatarından istifadə edənlər üçün ŞAD XƏBƏR - Yeniliklər açıqlandı
Bakıda velosipedçilər üçün yeni LED svetoforlar istifadəyə verildi - VİDEO
Nazir məşhur polis rəisinin qohumuna yüksək vəzifə verdi
İmişlinin avtomobil yollarında yenidənqurma işləri aparıldı - FOTOLAR
Qış parkındakı bütün eskalatorlar işə salındı - VİDEO
Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? - VİDEO











