Borclarınızı və cərimələrinizi telefonla öyrənin - YENİLİK

“Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri də “Elektron hökumət” portalının mobil versiyasından faydalana biləcəklər. Avtosfer.az xəbər verir ki, portalın mobil versiyası xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da tətbiqdən istifadə rahatlığını təmin edir, həmçinin, internet trafikə qənaət olunmasına səbəb olur. “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri ilk vaxtlar “Elektron hökumət” portalı üzərindən təqdim olunan 423 elektron xidmətdən 18-nə öz mobil cihazları vasitəsilə müraciət edə biləcək. Mobil əlavəyə giriş e-imza kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətini, həmçinin, 6 adda arayışı artıq mobil cihazınızdan əldə etmək olar. Həmçinin, “Elektron hökumət” portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələr barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Tətbiqin “istifadəçi məlumatları”, “favorit elektron xidmətlər” və “son yeniliklər” kimi funksionallıqları var.
Mobil tətbiq vasitəsilə aidiyyəti suallarla bağlı “157 Zəng Mərkəzi”nə müraciət etmək mümkündür. Artıq bir çox xidmətlər “Elektron hökumət” portalının mobil əlavəsi vasitəsilə vətəndaşlara daha rahat və yaxındır.
Nəzərinizə çatdıraq ki, sözügedən tətbiqi “Play Store”da" «Elektron hökumət» portalı” yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.(publika.az)
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










