Böyük poladtökmə-metallurgiya kompleksləri yaradılacaq - Azərbaycanda

Azərbaycanda yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya komplekslərinin yaradılmasına start veriləcək. Bu barədə sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində yekun nitqi zamanı Azərbaycan Prezidenti İlham Əliyev məlumat verib. "Biz yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya komplekslərinin yaradılmasına start verəcəyik. Daşkəsən filiz yataqlarının istismarı və qurulacaq bir neçə zavodun fəaliyyəti sayəsində yüz milyonlarla dollar ixrac potensialımız yaradılacaq. İndi biz Sumqayıtda Kimya Sənaye Parkını yaradırıq və 2018-ci ildə polimer zavodu fəaliyyətə başlayacaq. O da təqribən 100 milyonlarla dollar ixrac potensialı yaradacaq. Sumqayıtda gübrə zavodu tikilir. Biz özümüzü gübrə ilə 2018-ci ildən sonra tam təmin edəcəyik və bu, kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək. Çünki daha idxaldan asılı olmayacağıq və məhsul ixrac edəcəyik", - deyə dövlət başçısı bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












