“Böyük Şor" yol qovşağının yaxınlığında yeni kanalizasiya xətti çəkilir – VİDEO

2016-2017-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər görülür. Bu işlər çərçivəsində Heydər Əliyev prospektinin “Böyük Şor" yol qovşağından “Sabunçu" yol qovşağına doğru olan istiqamətində, yolun hərəkət hissəsinə yığılıb qalan səth sularının normal kənarlaşdırılmasını təmin etmək üçün yağış-kanalizasiya sisteminin qoşulduğu və yaxınlıqdakı nasos stansiyasına gedən xəttin bir hissəsi yenilənir. Yeni salınan yağış-kanalizasiya xəttinin uzunluğu 152 metr, burda istifadə olunana boruların diametri isə 400 mm-dir. Xəttin tikintisi üçün torpaq 3-4 metr dərinlikdə qazılıraraq, borular qoyulur, hər 25-30 metrdən bir isə nəzarət quyuları qurulur. Nəzarət quyularının diametri 1.27 m-dir, dərinliyi isə 3.5 m.
İşlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qoşulduğu xəttin bir hissəsi sıradan çıxmışdı. Nəticədə intensiv yağışlar zamanı səth suları yağış-kanalizasiya xəttindən geri, yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm avtonəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu.
Emin
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR














