Bu dairədə və dairə ətrafında təmir-bərpa işləri aparılır - FOTO

Sabunçu rayonu Rüstəm Rüstəmov və Ramiz Qəmbərov küçələrinin kəsişməsində yerləşən dairədə və dairə ətrafında təmir-bərpa işləri həyata keçirilir. "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən Avtosfer.az-a verilən məlumata görə, mövcud dairənin diametri kiçildilərək kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib, dairənin içərisinə qazon otu əkilib. Dairənin diametrinin kiçildilməsi və yol kənarlarının müəyyən hissələrdə genişləndirilməsi nəticəsində yolun hərəkət hissəsi ümumilikdə 2-5 metrarası genişləndirilib. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol kənarlarında olan mövcud piyada səkiləri bərpa edilərək, 200 kvad. m ərazisi asfaltlanıb. Ümumilikdə dairənin və piyada səkilərinin kənarlarına 150 paqon metr yeni səki daşları düzülüb. Zəruri olan yerlərdə yol əsası qazılaraq çıxarılıb və karbonat materialı tökülərək yenidən kipləşdirilib.
Bundan başqa, dairənin ətrafında olan yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində də işlər aparılacaq. Asfalt-beton örtüyünün üst qatı frezlənərək, kənara daşınacaq. Daha sonra isə yolun hərəkət hissəsinin təqribən 7500 kvad. metr ərazisinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. İşlər tərtib olunan qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















