Bu küçədə təmirdən sonra hərəkət bərpa edildi – VİDEO-FOTO

Bakı şəhərində nəqliyyat vasitələrinin, həmçinin piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hətəkətini təmin etmək məqsədi ilə “Azəryolservis” ASC tərəfindən kompleks tədbirlər uğurla davam etdirilir. Bu işlər çərçivəsində Nizami rayonu Naxçıvanski küçəsi də təmir edilib. Küçənin hər iki istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru və əksinə olan 1 km 700 metrlik hissəsi “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovun nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.
Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 16 min kvadrat metr sahənin 11 sm qalınlığında asfaltlanması işləri aparılıb.
Ortalama eni 9 metr olan küçəyə 3400 paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 54 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib. Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Emin
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR














