Bu küçənin bir hissəsində təmir işləri yekunlaşıb - FOTO

Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edilərək sürücülərin ixtiyarına verilib. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişmələrində yerləşir. Həmin hissənin uzunluğu təqribən 1 km-dir (500m x 2). Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı (3 x 2) olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir. Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min paqon-metrə yaxın səki daşı yenisi ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ümumilikdə 20 min kvadratmetr ərazi ikiqat olmaqla asfaltlanıb. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.
Emin


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












