Bu marşrutların hərəkət sistemi dəyişdirildi – YENİ SXEM

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, əvvəllər 15 saylı marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası istiqamətində hərəkət edirdi. Dəyişiklikdən sonra isə sərnişinlər 15 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionuna və “Böyük Şor” bulvarına gedə biləcəklər. Bakı ətrafı qəsəbələrdən Bakı Olimpiya Stadionuna və “Böyük Şor” bulvarına getmək istəyən sərnişinlər 172 saylı marşrut avtobusundan istifadə edə bilərlər. Belə ki, əvvəllər adı çəkilən marşrut xətti Bilgəh, Maştağa və Zabrat qəsəbələrindən keçməklə Heydər Əliyev prospekti ilə Metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olurdu. Dəyişiklikdən sonra bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə Bakı Olimpiya Stadionuna, oradan isə Metronun “Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə hərəkət edəcək.
Bununla yanaşı metronun “Nərimanov” stansiyasından 24, “Dərnəgül” stansiyasından isə 93 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Bakı Olimpiya Stadionuna və “Böyük Şor” bulvarına daxil olacaq.
Məlumat üçün bildirək ki, 15 saylı marşrut xətti üzrə 4, 172 saylı marşrut xətti üzrə 2, 24 saylı marşrut xətti üzrə 1 və 93 saylı marşrut üzrə də 1 avtobus Bakı Olimpiya Stadionuna və “Böyük Şor” bulvarı istiqamətində hərəkət edəcək. Bunu nəzərə alaraq sərnişinlərdən xahiş edirik ki, qeyd edilən istiqamətə getmək üçün 15, 24, 93 və 172 saylı marşrut üzrə avtobuslardan istifadə edərkən məlumat löhvələrinə diqqət etsinlər. Qeyd edilən bu dəyişiklik Bakı Olimpiya Stadionunda çalışan əməkdaşların, həmçinin burada təşkil edilən yarışlar və müxtəlif kütləvi tədbirlər zamanı tamaşaçıların idman obyektinə rahat gediş gəlişini təmin edəcək. Bundan əlavə bu yenilik istirahət məqsədi ilə Stadion yaxınlığındakı “Böyük Şor” bulvarına üz tutan sakinlərin işini də asanlaşdıracaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















