Bu qayda pozuntusuna görə də maşını cərimə meydançasına aparacaqlar - YENİLİK

Azərbaycanda nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırılması hallarının sayı artır. Avtosfer.az-ın xəbərinə görə, məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb. Təklif edilən dəyişiklik icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla, yüklənən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə, Dövlət Yol Polisi (DYP) əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin yol hərəkətində iştirakdan kənarlaşdırılmasını və göstərilən səbəblər aradan götürülənədək müvəqqəti olaraq DYP-nin mühafizə olunan duracaqlarında saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərilməsini nəzərdə tutur. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati protokola əlavə edilməli, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilməlidir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












