Bu şəxslərin maaşlarına 500 manat əlavə ediləcək

Nazirlər Kabineti “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”i təsdiq edib. Lent.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, milli status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 100 manat, 5-7-ci dərəcələr üçün 180 manat, 8-11-ci dərəcələr üçün 240 manat, 12-15-ci dərəcələr üçün 300 manat, 16-17-ci dərəcələr üçün 375 manat, 18-19-cu dərəcələr üçün 500 manat olacaq.
“Akademik” status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr 70 manat, 5-7-ci dərəcələr üçün 110 manat, 8-11-ci dərəcələr üçün 140 manat, 12-15-ci dərəcələr üçün 200 manat, 16-17-ci dərəcələr üçün 275 manat, 18-19-cu dərəcələr üçün 350 manat müəyyənləşdirilib. “Respublika” statusu almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 40 manat, 5-7-ci dərəcələr üçün 60 manat, 8-11-ci dərəcələr üçün 80 manat, 12-15-ci dərəcələr üçün 100 manat, 16-17-ci dərəcələr üçün 130 manat, 18-19-cu dərəcələr üçün 200 manat olacaq.
“Milli”, “Akademik”, “Respublika” statusları almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr “Teatr və teatr fəaliyyəti haqqında” qanununa əsasən aylıq vəzifə maaşlarına əlavələr tətbiq edilən mədəniyyət təsisatlarının işçilərinə şamil edilmir. Yeni əlavələrin müəyyən edilməsi ilə əlaqədar “Milli status almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 152 nömrəli qərarı ləğv edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












