Bu xəbərləri yaymaq yasaqlandı - Prezident təsdiqlədi

Azərbaycan prezidenti İlham Əiyev “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb. Dəyişiklik kütləvi informasiya vasitəsi (KİV) redaksiyasının və ya jurnalistin yaymasına yol verilməyən məlumatlarla bağlıdır. Dəyişikliyə əsasən, bundan sonra KİV redaksiyasının və ya jurnalistin Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına da icazə verilməyəcək. Digər dəyişiklik yetkinlik yaşına çatmayanlarla əlaqədardır. İndiyə qədər KİV redaksiyasının və ya jurnalistin cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilməsi qadağan edilib. Dəyişikliyə əsasən bundan sonra yetkinlik yaşına çatmayan şübhəli və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə də hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilməyəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












