Bunu “Azərbaycan Dəmir Yolları” QSC ilə razılaşdırmaq lazımdır

Mühəndis kommunikasiyalarının, elektrik ötürücü, rabitə, magistral neft-qaz kəməri xətlərinin və digər xətti qurğuların dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşdirilməsinə yalnız “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırmaqla yol veriləcək. Avtosfer.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb. Qaydaya əsasən bu sahədə səlahiyyət əvvəllər Nəqliyyat Nazirliyinə məxsus olub. Dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahəsindən müddətli istifadəçilərin uçotu da artıq “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq. Eyni zamanda bundan sonra Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi deyil, “Azərbaycan Dəmir Yolları” QSC ilə Daxili İşlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edəcək, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alacaqlar.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












