Bütün küçələrə ad veriləcək - VİDEO

Üç mindən çox küçə və qəsəbəyə yeni adlar verilib. Kənd və qəsəbələrdəki adsiz küçələrə yeni adlar veriləcək. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 21 min adsiz küçəyə yeni adların verilməsi üçün icra hakimiyyəti orqanlarına müraciət ünvanlayıb. Bütün kəndlərdəki küçələrə ad veriləcək. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi adı olmayan küçələrin konkret sayını müəyyənləşdirib. Yerli icra hakimiyyəti orqanları isə kənd və qəsəbələrin hər birinin tarixini, orada yaşamış tarixi şəxsiyyətləri və digər məqamları nəzərə alaraq, küçələrə yeni adların verilməsini həyata keçirəcək. Artıq bir sıra kənd və qəsəbələrdə advermə prosesi həyata keçirilib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirir ki, kənd və qəsəbələrdə küçələrə adların verilməsi vətəndaşların, dövlət qurumlarının, eləcə də turistlərin fəaliyyətini xeyli asanlaşdıracaq.
Hazırda komitənin Ünvan Reyestri İnformasiya Sistemində respublika üzrə 6705 küçə adı, 603 min giriş ünvanı və 335 min daxili ünvan məlumatları mövcuddur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












