Buzovna-Mərdəkan yolu üzərində velosiped yolları və səkilər inşa edilir - VİDEO
Yeniliklər
4 Noyabr 2022 20:15
Oxunub 1060
Buzovna-Mərdəkan avtomobil yolu üzərində “Bakı Abadlıq” MMC tərəfindən uzunluğu 8.2 km olan velosiped yolları və piyadaların təhlükəsiz, rahat hərəkətini təmin etmək məqsədi ilə səkilər inşa edilir.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, BNA tərəfindən layihələndirilən səki və velosiped yollarında tikinti-quraşdırma işlərinin bir hissəsi artıq yekunlaşıb. Qeyd edək ki, velosiped yollarının inşası şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, həm də velosipeddən istifadəni təşviq edən mühüm vasitələrdən biridir.
ŞƏRH YAZ