Cahangir Əsgərov: Azərbaycan təyyarə istehsal edəcək

Azərbaycan Ukrayna ilə aviasiya sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov bildirib. Onun sözlərinə görə, tərəflər “An-178” tipli təyyarələrin birgə istehsalının nəzərdə tutan planın üzərində işləyir. Təyyarələrin yükgötürmə qabiliyyəti 18 ton olacağı planlaşdırılır. “Hazırda bu məsələyə Azərbaycan hökuməti tərəfindən baxılır. Hökumətimiz adından yalnız onu deyə bilərəm ki, biz “An-178” tipli təyyarələrin Azərbaycan ərazisində yığılmasının tərəfdarıyıq. Biz ümid edirik ki, 2018-ci ilin ortalarında artıq Azərbaycanda ilk “An-178” tipli təyyarənin istehsalı üçün hər şey hazır olacaq”, - deyə C. Əsgərov qeyd edib.
Öz növbəsində Ukraynanın “Antonov” müəssisəsinin prezidenti Mixail Qvozdev deyib ki, əməkdaşlığın genişləndirilməsi “An-178”-in istehsal texnologiyasının Azərbaycana satılmasını nəzərdə tutmur:
“Söhbət kooperativ istehsalatdan gedir. Azərbaycan ərazisində təyyarənin istehsalının sırf yekun stadiyası həyata keçiriləcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












