Cəfər Xəndan küçəsinin bir hissəsi təmir edilib – FOTO + VİDEO

Bakı şəhərində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində daha bir küçədə təmir işləri aparılıb. Yol təsərrüfat orqanından Avtosfer.az-a daxil olan məlumata görə, Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsi təmir olunub. Təmir olunan hissənin uzunluğu 700 metr, eni isə 9 metrdir.
Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Həmin hissədə yeni yeraltı su və qaz xətləri çəkilib, digər mövcud xətlər isə bərpa olunub. Bundan başqa cəmiyyət tərəfindən səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılmasını təmin etmək üçün yeni yağış-kanalizasiya sistemi də yaradılıb.
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə küçənin təqribən 6 300 kv. metr ərazisi asfaltlanıb. Küçə boyu 1 400 poqon metr köhnə səki daşı yenisi ilə əvəz olunub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları da yenilənib.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cızgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















