Cəfər Xəndan küçəsinin daha bir hissəsi təmir olunub – FOTO+VİDEO

Bakı şəhərinin Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılaraq yekunlaşdırılıb. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az-a bildirilib ki, təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hissəsində aparılıb. Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və küçənin 10 min kv.m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənib.
Bundan başqa, 1 500 poqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bununla belə, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub. Yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, ərazidə yeni su və kanalizasiya xətləri çəkilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO



















