Cəngi kəndində yerüstü piyada keçidi inşa olunur - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 56-cı km-də, Qobustan rayonunun Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi inşa olunur. Avtosfer.az "Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, keçidin uzunluğu 31 metr, eni isə 2,7 metrdir. Metal konstruksiyadan inşa olunan yerüstü piyada keçidinin üstü açıq olacaq.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması işləri çərçivəsində ümumilikdə 9 ədəd yerüstü piyada keçidinin inşası planlaşdırılır. Bundan başqa, 19 ədəd yeraltı keçidin olması da nəzərdə tutulub. Artıq həmin yeraltı keçidlərdən 13-ü tam hazır vəziyyətdədir. Keçidlərin eni 4 və 6 metr olmaqla hündürlükləri müvafiq olaraq 2,5 və 4,5 metrdir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













