Cərimələrdə köklü dəyişiklik - 15 min manat, həbs və... VİDEO

Yeni İnzibati Xətalar Məcəlləsində qayda pozan sürücülərə qarşı cərimələr sərtləşdirilib. Məsələn, mühhərikə səs gücləndirici qoşanlara 500 manat cərimə tətbiq edilir. Eyni xəta il ərzində takrar törədildikdə həmin sürücü 1000 manat cərimələnir. İnzibati Xətalar Məcəlləsindəki son dəyişikliklərlə qayda pozan sürücülər 15 000 manata qədər cərimələnə bilərlər. Yeni məcəlləyə əsasən, sürücülük hüququ olmayan şəxs avtomobillə qəza törədərək kiməsə yüngül xəsarət yetirə və yaxud maddi ziyan vursa, ona 400 manat cərimə tətbiq edilir və 1 ayadək inzibati həbs verilir.
Sürücülük hüququ olmayan şəxsin avtomobili sərxoş halda idarə etməsi isə 500 manat cərimə və 15 günədək həbs deməkdir. Eyni hal səbəbi ilə qəza baş verdikdə və digər şəxs yüngül xəsarət aldıqda və ya maddi ziyan gördükdə cərimə 800 manat olur və 1 ayadək həbs tətbiq edilir. Yeni dəyişikliklə sürücülük hüququ olmadan ümumi isitfadədə olan nəqliyyat vasitələri, yəni avtobus idarə etməyə görə fiziki şəxsləri 200, vəzifəli şəxləri 500, hüquqi şəxsləri isə 3000 manat cərimə gözləyir. Ümumi istifadədə olan nəqliyat vasitəsini sürücülük vəsiqəsi olmayan sərxoş şəxsə verildikdə və həmin sürücü də qəza törədərək başqasına maddi ziyan və yaxud yüngül xəsarət yetirdikdə bunu edən fiziki şəxsi 1000, vəzifəli şəxsi 2500, hüquqi şəxsi isə 15000 manatlıq cərimə gözləyir.
Əsasən gənclərin böyük maraq göstərdiyi, mühərrikin səsini artırmaq məqsədi ilə avtomobilə əlavə avadanlığının quraşdırılması və ya dəyişdirilməsinə görə 500 manat cərimə nəzərdə tutulur. Eyni hal növbəti bir il ərzində yenidən törədildikdə isə bu cərimə 1000 manat olur. Hüquqşünaslar isə hesab edir ki, belə yüksək cərimələr sürücüləri daha məsuliyyətli olmağa vadar edir.
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO








