Çobanzadə küçəsinin daha bir hissəsi təmir olunur - FOTO

Uzun müddətdir təmir olunmayan küçələrin yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə vermək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Bu dəfə Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsinin təmiri işlərinə start verilib. Sözügedən hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir. “Azəravtoyol”dan Avtosfer.az-a verilən məlumata görə, təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır, köhnə səki daşları sökülür. Daha sonra yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçiriləcək. Ümumilikdə 2 qat olmaqla 11 min m2 sahə asfaltlanacaq. Küçə boyu 1600 p/m yeni səki daşı düzüləcək, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənəcək. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq.
Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir işlərinin aparıldığı ərazidə 4 xüsusi “cib”li dayanacaq tikiləcək. “Cib”lərin uzunluğu 15 metr, eni isə 3,5 metr olacaq.
Bütün işlər birbaşa olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. İşlərin tez bir zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Küçənin bu hissəsində işlər yekunlaşdıqdan sonra Babək prospektinə qədər olan ərazinin də təmiri aparılacaq.
Qeyd edək ki, Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsində təmir işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq və qısa müddətlik məhdudlaşdırılacaq.
Emin
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO












