Daha 2 ədəd ikimərtəbəli elektrik qatarı gətirilib - Azərbaycana

İsveçrənin “Stadler Rail Group” şirkətinin "Stadler Minsk" (Belarus) zavodunda istehsal olunmuş "KİSS" markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, bununla da ölkədə bu növ qatarların sayı 5-ə çatıb.
Xatırladaq ki, "KİSS" markalı elektrik qatarının birincisi 2015-ci ilin mayın 30-da, ikincisi mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakıyagətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarının ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396-dır və bunun da 84-ü biznes-sinifə aiddir. Dəmir yolu nəqliyyatı sisteminin modernləşdirilməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC ilə “Stadler Rail Group” şirkəti arasında uzun müddət danışıqlar aparılıb. 13 may 2015-ci ildə Bakıda keçirilən "TransCaspian-2015" beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində "Stadler Rail Group" şirkətindən "KİSS" markalı 5 ikimərtəbəli elektrik qatarının alınmasına dair saziş imzalanıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












