Daha 6 avtobus kart sisteminə keçir - Sabahdan - FOTO

Sentyabrın 1-dən Bakıda 6 marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə "Xaliq Faiqoğlu" şirkətindən verilən məlumata görə, 18,61,65,79,85 və 96 saylı marşrut xəttlərində “Bakı Kart” sisteminə keçidlə əlaqədar nağd ödənişlər qəbul olunmayacaq. Bu məqsədlə şirkət rəhbərliyi vətəndaşlardan “Bakı Kart” ödəniş kartlarını əldə etməsini xahiş edir. Artıq avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşıb və avtobuslarda müşahidə kameraları quraşdırılıb.
Xatırladaq ki, adıçəkilən 6 marşrut "Xaliq Faiqoğlu" şirkəti tərəfindən istismar olunur. Bu avtobuslarda da gediş haqqı metroda və "BakuBus" MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












