Daha bir marşrutun hərəkəti dəyişdirilir - Bakıda

Paytaxtın inzibati ərazisində fəaliyyət göstərən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, dəyişikliyə əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzalından çıxdıqdan sonra “Moskva” prospektinə gedəcək, oradan isə Dadaş Bünyadzadə küçəsi ilə hərəkət edərək A.M.Şərifzadə küçəsi ilə yolunu davam etdirəcək. Bu dəyişikliyin əsas səbəbi 2-ci Alatava qəsəbəsi sakinlərinin metronun “İnşaatçılar” stansiyasına, eləcə də şəhər mərkəzi istiqamətində gediş-gəlişini asanlaşdırmaqdır. Dəyişiklikdən sonra Alatava sakinlərinin Bakı Beynəlxalq Avtovağzalına gediş-gəlişi də asanlaşacaq.
Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 03.12.2016-cı il tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












