Daha bir yolun inşası başa çatıb - Gədəbəydə

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilяn məlumata görə, avtomobil yolunun uzunluğu 9 km-dir. Layihəyə əsasən, yol IV texniki dərəcəyə uyğun olaraq inşa edilib.
Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 10 metr enində torpaq yatağı inşa olunub. Daha sonra 35 sm qum-çınqıl qarışığı və 20 sm optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq ikiqat olmaqla yola yeni asfalt-beton örtük döşənib.
Hazırda 2 hərəkət zolaqlı olmaqla, yolun asfalt örtüyünün eni 6 m təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 m enində çiyinlərin, həmçinin diametri 400-600 mm olan 4 ədəd su ötürücü boruların tikintisi aparılıb.
Qeyd edək ki, bu yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














