Dayanacaqlarda xüsusi məlumat lövhələri olacaq - FOTO

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin fərmanına dəyişikliklər edilməsi haqqında Prezidentin 23 iyun 2016-cı il tarixli fərmanı ilə yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarət müvafiq dövlət qurumları, o cümlədən Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Bu baxımdan, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda xidmət səviyyəsinin artırılması, əhalinin şəhərdaxili avtobuslardan istifadəsinin daha da yaxşılaşdırılması, eləcə də əlavə vaxt itkisinin qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova Avtosfer.az-a bildirib ki, bu çərçivədə tətbiq edilən yeniliyə əsasən, hər bir dayanacaqda xüsusi məlumat lövhələri quraşdırılacaq. Lövhələrdə dayanacağın yerləşdiyi küçə və prospektdən keçən marşrut xətləri, avtobuslararası interval, həmçinin hər bir marşrut xətti üzrə mövcud dayanacaqlar barədə məlumat əldə etmək mümkündür.
İlkin mərhələdə bu tip məlumat lövhələrinin paytaxtın əsas küçə və prospektlərində quraşdırılmasına başlanılıb. Qısa vaxtda isə Bakı şəhərinin inzibati ərazisində mövcud olan əksər dayanacaqlarda yeni məlumat lövhələrinin quraşdırılması təmin ediləcək.
Elmin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















