Dəmir yollarında onlayn bilet alışının vaxtı uzadılacaq

“Azərbaycan Dəmir Yolları” QSC “ASAN Xidmət"lə müqavilə bağlayıb və gələcəkdə vağzallarda bilet satışı məhz “ASAN Xidmət" üzərindən aparılacaq. "Report" xəbər verir ki, bunu “ASAN Radio”nun “QəbuldASAN” verilişinin qonağı olan “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanovun sözlərinə görə, həmçinin, yeni “ASAN Qatar” xidmətinin (qatarlarda "ASAN Xidmət"lərin təklifi) istifadəyə verilməsi planlaşdırılır. Qurum rəhbəri bununla yanaşı onlayn bilet satışı zamanı 10 günlük limitin də aradan qaldırıla biləcəyini deyib: “İndi ən tezi qatarın yola düşməsinə 10 gün qalmış onlayn bilet almaq mümkündür. Bu limitin aradan qaldırılmasının tərəfdarıyam. Amma bunu etmək üçün zaman lazımdır. Gəlin bunu “Qorbaçovun yenidənqurma”sı kimi etməyək, sonra “yenidənqırma”ya dönür, hər şey dağılır. Yaxın günlərdə bu limiti 30 günə çatdıracağıq. İnsanlar çox tələsməsin, yaxın 10-15 gün, 1 ayın içində bu məsələ həllini tapacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












