Dəmir yolu daşıyıcıları üçün tariflər azaldılacaq - Azərbaycan, Qazaxıstan və Gürcüstan

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu daşıyıcıları üçün rəqabətli tariflər formalaşdırılacaq. Avtosfer.az "Ca-News.org" saytına istinadən verdiyi məlumata görə, Astanada (Qazaxıstan) hər üç ölkənin dəmiryolu administrasiyasının rəhbərləri, Qazaxıstanda cəmləşmiş yükgöndərənlər, iri operatorlar və yükdaşıma şirkətləri ilə əlverişli qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Danışıqların əsas mövzusu Azərbaycan, Qazaxıstan və Gürcüstan ərazisindən ötməklə, metal məhsulları, taxıl, neft və qaz məhsulları, habelə konteyner daşımaları həyata keçirilərkən tarif dərəcələrinin azaldıması ilə bağlı olub.
"Biz ixrac və idxal mallarının daşınmasının reallaşdırılması üçün yaxşı şərtlər təklif etməyə hazırıq. Məsələn, bu ilin sonunda Gürcüstan dəmir yolu vasitəsi ilə Türkiyəyə birbaşa keçid açacağıq. Beləliklə, Türkiyənin cənubuna, Şimali Afrika və ərəb ölkələrinə çıxış imkanları yaranacaq", - deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov bildirib.
Görüşün nəticələrinə əsasən qeyd edilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstanın yerli ixracatçıları və dəmiryolçuları arasında yaradılan birbaşa əlaqələr daşımaların təminatı zamanı yaranacaq məsələləri daha operativ və səmərəli şəkildə həll etməyə imkan verəcək.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












